AZ   |   RU
“Putin haqlı idi ki, Ukrayna münaqişəsində vaxt onun tərəfindədir” - Viktor Orban

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskidən fərqli olaraq, Ukrayna münaqişəsində zamanın onun tərəfində olduğuna inanmaqda haqlı idi”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında iştirak edən bir qrup politoloq və jurnalistlərlə söhbətində deyib.


Macarıstan hökumətinin başçısı 2024-cü ilin iyulunda Kiyevə getdiyini xatırladıb və bildirib: 


“Mən Zelenskini atəşkəslə razılaşmağın zəruriliyinə inandırmağa çalışdım, lakin Ukrayna lideri vaxtın onun tərəfində olduğuna inandığı üçün təklifimi rədd etdi”, - deyə siyasətçi vurğulayıb.


Orban qeyd edib ki, bir qədər sonra Moskvada Rusiya liderindən də analoji rədd cavabı alıb, çünki Putin də zamanın onun tərəfində olduğuna inanırdı.


“Yeganə fərq ondan ibarətdir ki, Putin haqlı çıxdı”, - deyə siyasətçi əlavə edib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 3-06-2025, 12:20