AZ   |   RU
"Rusiya və Türkiyə qlobal təhlükəsizliyi qorumağa çalışır" - Rusiyalı diplomat

Rusiya və Türkiyə etimad körpüləri qurmağa davam edir.


Missiya.Az 
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iki ölkə arasında diplomatik münasibətlərin 105-ci ildönümü münasibəti ilə etdiyi şərhdə bildirib.


"Əvvəlki bütün eniş-yoxuşlara baxmayaraq, ölkələrimiz qarşılıqlı hörmətə əsaslanan möhkəm əlaqələr qurub. Rusiya-Türkiyə münasibətləri bir tərəfdən praqmatik münasibətin və öz maraqlarının qorunmasının, digər tərəfdən isə regionda və qlobal miqyasda sabitlik, təhlükəsizliyə dair ambisiyaların necə balanslaşdırıla biləcəyinin unikal nümunəsidir", - o deyib.


Diplomatın sözlərinə görə, Rusiya ilə Türkiyə arasında əməkdaşlıq çoxillik transformasiyadan keçib: qarşılıqlı fəaliyyətin gücünü sınayan ümumi çağırışlardan və mehriban qonşuluq prinsiplərini əsas götürən ilk Sovet-Türkiyə sazişlərindən tutmuş, ən son uzunmüddətli strateji təşəbbüslərə qədər.


Digər irimiqyaslı layihələr arasında Zaxarova  "Akkuyu Atom Elektrik Stansiyası"nın tikintisini, “Mavi Axın” və “Türk axını” təbii qaz kəmərlərini xüsusi qeyd edib. Bundan əlavə, o, iki ölkə arasında yüksək və sammitlər səviyyəsində fəal təmasların davam etdiyini, parlamentlərarası əməkdaşlığın da inkişaf etdiyini deyib.



Zərintac Mayisqızı
Missiya.Az





  • 3-06-2025, 15:09