AZ   |   RU
Rusiyanın baş naziri Paşinyanın təkbətək görüş təklifini rədd edib - QALMAQAL

Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşməkdən imtina edib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” nəşri məlumat yayıb. 

Nəşrin iddiasına görə, qalmaqallı hadisə 18-20 noyabr tarixlərində Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Avrasiya Hökumətlərarası Şurasının baş nazirlərin iştirakı ilə İrəvanda dar tərkibdə keçirilən iclasında baş verib.

Nəşr yazır ki, Paşinyan görüşün keçirilməsini istəyib. 

Sitat: “Ermənistan tərəfi Rusiyanın baş naziri Mixail Mişustinlə görüş təşkil etmək istəsə də, onların istəyinə rədd cavabı verilib. Görüşün keçirilməsində Nikol Paşinyan da maraqlı olub. Paşinyanla Mişust arasında təkbətək görüşün olmamasının səbəbi vaxt azlığı deyil. Çünki İrəvanda səfərdə olan Rusiya rəsmisi əylənməyə də vaxt tapıb. Mixail Mişustin iclasdan sonra "Malxas" caz klubunda əylənib”, - sitatın sonu. 

Mənbə bildirib ki, Mixail Mişustinin Nikol Paşinyanla görüşməməsinin səbəbi Ermənistan parlamentinin noyabrın 16-da keçirilən iclasında hakim partiyanın deputatlarının anti-Rusiya çıxışları və ümumilikdə baş nazirin Moskvaya qarşı həyata keçirdiyi ziddiyyətli siyasətdir. 

 
Elvin
Missiya.Az


  • 25-11-2021, 11:29