AZ   |   RU
Saat 10:00-a olan seçici fəallığı açıqlandı

Mərkəzi Seçki Komissiyasına dairələr üzrə seçici fəallığı haqqında məlumatlar daxil olub.


Missiya.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkisində saat 10:00-a olan aktivliyi açıqlayarkən deyib.


O bildirib ki, seçki ölkə üzrə 118 seçki dairəsinin 5 846 seçki məntəqəsində keçirilir. Məntəqələrin hamısı ilkin hesabatları MSK-ya təqdim edib.


İnformasiya mərkəzinin müdiri əlavə edib ki, respublika üzrə 499 575 nəfər səs verib, ortalama seçici fəallığı 8.35 faiz olub.



  • 29-01-2025, 10:41