AZ   |   RU
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başlayıb

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.


 Missiya.Az xəbər verir ki, saat 08.00-da səsverməyə start verilib.


Bələdiyyə seçkiləri 118 dairəni, 5846 seçki məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edir, 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 1000 məntəqədə veb-kamerala quraşdırılıb.


Bələdiyyə seçkilərində 5 961 987 seçici səsvermə hüququndan istifadə edə bilər.


Bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.


Səsvermə saat 19:00-da bitəcək.



  • 29-01-2025, 08:04