AZ   |   RU
Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq etdi - Ermənistanın sərhəd bölgələrinə getməyin

Böyük Britaniya hökuməti Ermənistan- Azərbaycan münasibətlərində  davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı rayonlarına getməməyə çağırıb.


Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.


“Ermənistan və Azərbaycan arasındakı bütün şərq sərhədinin 5 km-ə qədər bütün səyahətlərdən çəkinmək tövsiyə olunur. Bu, iki ölkə arasında münaqişə ilə bağlıdır və həmin bölgələrdə konsulluq yardımı çox məhduddur”, - deyə vurğulanıb.


Bundan əlavə Böyük Britaniya hakimiyyəti Ermənistanın Tavuş vilayətinin İcevan və Noyemberyan şəhərləri arasındakı yolu da səyahət üçün təhlükəli hesab edib.



Daşqın Həsənov
Missiya.Az



  • 22-01-2025, 14:44