AZ   |   RU
Rusiya XİN: "Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün addımlar atlılmalıdır"

“Azərbaycanla Ermənistan sərhədində vəziyyəti sabitləşdirmək üçün addımlar atlılmalıdır ki, hazırda Rusiya Prezidenti və aidiyyəti qurumlar bununla məşğuldur”.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya rəsmisi həyata keçirdikləri vasitəçilik missiyasının regionda sülhün bərqərar olmasına yönəldiyini diqqətə çatdırıb: “Tərəflərdən hər birinin öz mənafeyi var. Bunlardan bəziləri vəziyyətin inkişafına dair bizim rəyimizə ziddir, bəziləri isə uyğun gəlir. Hazırda vəziyyətin daha da gərginləşməməsi və dinc məcraya yönəlməsi üçün səy göstəririk”.

  • 17-11-2021, 20:56