AZ   |   RU
TAİB nümayəndəsi Moldovada tanınmış diaspor fəalı Maarif Rəhimovla görüşüb - FOTO

Moldovada səfərdə olan Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndəsi, Missiya.Az və Missiya.TV-nin baş redaktoru Nicat Dağlar, rəhbərliyin ona verdiyi səlahiyyətə uyğun olaraq, daha bir görüş keçirib. 
 
Missiya.Az xəbər verir ki, Nicat Dağlar Moldovanın paytaxtında azərbaycanlı ziyalı, tanınmış diaspor fəalı, uzun illər Kişinyovun ən böyük mədəninə rəhbərlik etmiş Maarif Rəhimovla görüşüb. 
 
Görüşdə M.Rəhimova TAİB-in qarşısında duran vəzifələr, hazırkı fəaliyyəti, o cümlədən Moldovada yaşayan türkdilli xalqların nümayəndələrini vahid fəaliyyət meydançası ətrafında birləşdirmək istiqamətindəki strateji hədəflər barədə ətraflı məlumat verilib. 
 
M.Rəhimov TAİB-in rəhbər tutduğu konsepsiyanı yüksək qiymətləndirdiyini və Moldovada yaşayan türkdilli xalqların mümayədələrinin TAİB ətrafında səfərbər olması yönündə soydaşlarımızla bir gərəkli işlər görəcəyini bildirib. 
 
Görüşdə TAİB-in Moldova nümayəndəliyi məsələsinin texniki tərəfləri barədə də fikir mübadiləsi aparılıb. 
 

  • 11-11-2021, 16:49