AZ   |   RU

Nizami rayonunda şəhidlərin xatirəsinə ucaldılmış daha bir abidənin açılışı olub - FOTOLAR

 
Nizami rayonu, 250 saylı orta məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri – Elton Qasımovun, İlkin Rzayevin, Daşdəmir Paşayevin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.
 

Mərasim iştirakçıları öncə  44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Sonra məktəbin məzunu olmuş şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq adları verilmiş siniflərə baş çəkilib.
 
Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Mərasimdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

 
Sonra Missiiya Media Qrupu və YAP Nizami Rayon Təşkilatının birgə dəstəyi ilə hazırlanmış abidənin açılışı olub.
 
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi (TAİB) Ramin Əhmədov, 250 saylı orta məktəbin direktoru Fəzail Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri xatirə lövhəsi qoyulan şəhidlərin döyüş yolundan, şəhid ailələrinə, qazilərə olan dövlət qayğısından bəhs ediblər.

 
Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
 
Mərasimə bədii hissə ilə yekun vurulub.

 
 

   


 
 

 
  
 
 
 


Baxış sayı: 158
  • 5-11-2021, 19:46