AZ   |   RU
Təl-Əviv "Həmas"ın raketlərindən bu şar vasitəsi ilə müdafiə olunacaq - İsrailin istehsal etdiyi ilk havadan müdafiə sistemi - VİDEO
 
İsrailin Müdafiə Nazirliyi “HAAS” adlı hava hücumundan müdafiə sistemini istehsal edib. “HAAS” müdafiə sistemi İsrailin Nüvə Müdafiə Təşkilatı tərəfindən ölkənin şimalında nümayiş etdirilib.  

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemi raket və Pilotsuz Uçuş Aparatları (PUA) zərərsizləşdirmək üçün hazırlanıb. İsrail ilk dəfədir ki, hava hücumundan müdafiə sistemi istehsal edir.

Nazirlik “HAAS” sisteminin üstünlüklərini barədə məlumat yayıb. Bildirilib ki, müdafiə sisteminin kompanentləri arasında hava şarı da var. Şar hüdürlükdə qalacaq və hava məkanının bütün istiqamətlərindən gələn potensial təhlükələri skan edərək, Nazirliyə ötürəcək və yerüstü radarlardakı boşluqları dolduracaq.

İsrail Hava Qüvvələrinin komandanı Amikam Norkin mətbuata açıqlamasında “HAAS” havadan müdafiə sisteminin ölkə sərhədlərini təhdidlərdən yüksək dəqiqliklə qoruyacağını deyib.

Qeyd edək ki, mütəmadi olaraq Fələstinin Qəzza bölgəsindən İsrailə raketlər atılır. Qəzzada fəaliyyət göstərən “Həmas” silahlıları ilə İsrail arasında son ciddi toqquşma bu ilin may ayında baş verib. 6 may 2021-ci ildə İsrail Ali Məhkəməsi, Qüdsün Şeyx Cerrah Məhəlləsində yaşayan bəzi Fələstinli ailələrin evlərindən zorla çıxarılmaları və başqa yerlərə köçürülməsi barədə qərar verdi. Qədr gecəsi və Qüds günü tətilləri ilə üst-üstə düşən qarşıdurmalarda əksəriyyəti Fələstinli mülki olan 300-dən çox insan yaralanıb. 9 may tarixində İsrail polisi, ifrat sağçı Yəhudi millətçilərinin sonradan ləğv edilən bayraq yürüşü öncəsi müsəlmanların müqəddəs bir yeri olan Əl-Əqsa Məscidinə basqın edib. Buna cavab olaraq, 10 və 11 may tarixlərində “Həmas” və “İslami Cihad” qruplaşmaları İsrailə 480 raket atmışdı. Hücum nəticəsində evlər və bir məktəb vurulub, iki İsrailli mülki vətəndaş öldürüldü və ən azı 70 İsrailli mülki şəxs yaralandı. İsrail Qəzzəyə hava hücumları ilə cavab verdi.

Elvin 
Missiya.Az


  • 4-11-2021, 12:41