AZ   |   RU
Ankarada terror aktı törədilib - Ölən və yaralananlar var


Türkiyənin TUSAŞ-ın istehsal obyektində partlayış baş verib. 



Missiya.Az xəbər verir ki, ölkənin daxili işlər naziri Əli Yerlikaya obyektdə terror aktı törədildiyini bildirib. o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. 


"Təəssüf ki, hücumdan sonra şəhidlərimiz, yaralananlarımız oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımızın tezliklə sağalmasını arzu edirəm. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək. Rəsmi mənbələrdən gələn açıqlamaları diqqətə alın" - A. Yerlikaya bildirib. 


Qeyd edək ki, terrorçuların ikisi zərərsizləşdirilib. 


Zərintac Mayisqızı 
Missiya.Az




  • Bu gün, 18:25