AZ   |   RU
İlham Əliyev Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti ilə görüşüb - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda oktyabrın 23-də BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.


Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.



  • 23-10-2024, 19:09