AZ   |   RU
Arda Gülər “Real”dan gedir - Yeni komanda açıqlandı

İspaniyanın “Real Madrid” klubunda istədiyi forma şansı tapa bilməyən Arda Gülərin kral klubundakı karyerası başa çatır. 


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, “Bayer Leverkusen””, “Arsena”l və “Manchester Siti” türkiyəli ulduz futbolçu üçün hərəkətə keçib.


Bidirilir ki, "Mançester Siti" Kevin de Bruynenin komandadan mümkün gedişi vəziyyətində Arda Gülərin alternativ ola biləcəyini düşünür və bu transferdə ingilis klubu bir addım öndədir.


Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yay transfer dövründə "Fənərbaxça"dan 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:58