AZ   |   RU
“Moldova Fransanın dəstəyinə arxalana bilər” - Makron

“Dezinformasiya kampaniyaları Avropa ailəsinə qoşulmaq istəyi daha da güclənən moldovalıların qətiyyətini sarsıtmayıb. Moldova prezidenti Maya Sandu bu qətiyyəti təcəssüm etdirir”.


Missiya.Az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron özünün “X” sosial media hesabında yazıb.


O, qeyd edib ki, Moldova Avropadakı taleyini reallaşdırmaqda Fransanın dəstəyinə arxalana bilər.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:49