AZ   |   RU
“FETÖ tamamilə məhv edilənə qədər mübarizəni davam etdirəcəyik” - Ərdoğan

“Türkiyə hakimiyyəti FETÖ təşkilatı tamamilə məhv edilənə qədər mübarizəni davam etdirmək niyyətindədir”. 


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


"FETÖ tamamilə məhv edilənə qədər mübarizəmizi davam etdirəcəyik. Harada olurlarsa olsunlar, mütləq onları təqib edəcəyik", - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan da Fətullah Gülənin ölümünü təsdiqləmişdi.

 


Daşqın Həəsnov
Missiya.Az



  • Bu gün, 16:03