AZ   |   RU
İraq Baş naziri İŞİD liderinin öldürüldüyünü açıqladı


İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.


Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib. Hökumət başçısı əlavə edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 16:05