AZ   |   RU
Avropa Parlamenti Ukraynaya 35 milyard avro kredit ayrılmasını təsdiqləyib

Oktyabrın 22-də Avropa Parlamenti Ukraynaya 35 milyard avroya qədər kredit verilməsini dəstəkləyib. 


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, həmin məbləğ Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən ödəniləcək.


Məlumata görə, təşəbbüsün lehinə 518 deputat, əleyhinə 56 deputat səs verib, 61 deputat isə bitərəf qalıb.


Qeyd edək ki, bu kredit Aİ-nin bu ilin iyununda bağlanmış G7 sazişi çərçivəsində təqdim etdiyi makromaliyyə yardımının bir hissəsidir. Ümumilikdə G7 paketi Ukraynaya 50 milyard dollara qədər maliyyə dəstəyi nəzərdə tutur.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:06