AZ   |   RU
"Rusiya ilə sülh danışıqları ABŞ-dəki prezident seçkilərindən asılı olacaq" - Zelenski

“Rusiya ilə sülh danışıqlarının başlanması ehtimalı ABŞ-də noyabrın 5-nə təyin edilmiş prezident seçkilərinin nəticəsindən asılı olacaq”. 


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı deyib.


"Məncə, ilk növbədə, bu, ABŞ-də keçiriləcək seçkilərdən asılıdır. Düşünürəm ki, onlar ABŞ-nin bu məsələdə siyasətini izləyəcəklər. Mənim fikrimcə ABŞ siyasətini çox tez, seçkilərdən sonra, nümayiş etdirəcək", - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, bu məlumatı o, ABŞ prezidentliyinə namizədlərlə (Kamala Harris və Donald Tramp) görüşləri zamanı alıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:52