AZ   |   RU
İran prezidenti Rusiyaya yola düşüb

 

Bu gün İran prezidenti Məsud Pezeşkian Tehrandan Rusiyaya yollanıb. 

Missiya.Az xəbər verir ki, bu barədə İran məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Kazan şəhərində keçiriləcək BRİCS-in 16-cı sammitində iştirak məqsədi ilə bu ölkəyə səfər edib.

Bildirilib ki, 22-24 oktyabr tarixlərində baş tutacaq Zirvə Görüşündə Pezeşkian bir sıra ölkələrin liderləri ilə də görüşəcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 16:24