AZ   |   RU
Hakan Fidandan Latviyaya FETÖ çağırışı

 

“Xüsusilə FETÖ ilə mübarizədə daha güclü əməkdaşlıq və konkret addımların atılacağına dair gözləntilərimizi bir daha ifadə etmək istəyirəm”.

Missiya.Az “Star.com”a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Latviyanın xarici işlər naziri Baiba Braze ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Brazenin xarici işlər naziri kimi ilk dəfə Türkiyəyə rəsmi səfər etdiyini bildirən Fidan, Türkiyə ilə Latviya arasında ikitərəfli əlaqələrin güclü təməllər üzərində möhkəmlənməyə davam etdiyini bildirib.

Hakan Fidan gələcəkdə qarşılıqlı yüksək səviyyəli səfərləri artırmağı hədəflədiklərini və iqtisadi əməkdaşlığı həm inkişaf etdirmək, həm də şaxələndirmək istədiklərini açıqlayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 16:41