AZ   |   RU
Qəzzada daha bir İsrail hərbçisi ölüb

İsrail ordusunun hərbi qulluqçusu Qəzza zolağı yaxınlığında həlak olub.


Missiya.Az “Jerusalem post”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Bildirilir ki, İsrail ordusunun 21 yaşlı baş çavuşu Yişai Mann Qəzza ilə sərhəddə avtomobil qəzası nəticəsində həlak olub.


Qeyd olunub ki, bununla da 2023-cü ilin 7 oktyabr tarixindən indiyədək öldürülən İsrail hərbi qulluqçularının sayı 749 nəfərə yüksəlib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:41