AZ   |   RU
Ərdoğan: “Türkiyə və Türk Şurası olaraq Afrikanın üç ölkəsinə COVID vaksini bağışlayacağıq”

Türkiyə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) tərəfindən Afrikanın üç ölkəsinə koronavirus vaksini bağışlanacaq.
Missiya.Az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Toqo Prezidenti For Essozimna Qnassinqbe ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, yaxın zamanda COVID peyvəndləri Toqo, Burkina-Faso və Liberiyaya göndəriləcək.


  • 18-10-2021, 01:04