"BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təbliğatına son qoymaq üçün müvafiq addımlar atmalıdır".
Missiya.Az xəbər verir ki, bunu Cenevrə Universitetinin beynəlxalq hüquq professoru Loren Buasson de Şazurn (Laurence Boisson de Chazournes) Haaqa Məhkəməsində Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün növlərini ləğv etmək barədə” beynəlxalq konvensiyanın pozulmasına dair qaldırdığı iddiaya dair dinləmələrdə bildirib.
O, Ermənistanın Azərbaycana qarşı apardığı nifrət kampaniyasının yolverilməz olduğunu vurğulayıb: "Ermənistan azərbaycanlılara qarşı yönələn saxta xəbərlər yayır, sosial şəbəkələrdə də nifrət dolu paylaşımlara rəvac verərək onların “İrqi ayrı-seçkiliyin bütün növlərini ləğv etmək barədə” beynəlxalq konvensiyanın müddəalarında təsbit olunmuş təməl hüquqlarını pozur... Məhkəmə bu məsələyə qarışmasa, Ermənistan Azərbaycana qarşı kampaniyasını davam etdirərək milli üstünlükləri haqqındakı ismarıclarını bundan sonra da səsləndirəcək”.