AZ   |   RU
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib


Bu gün səhər saatlarında yağan intensiv leysan yağışlar nəticəsində bəzi çaylardan sel keçib.


Bu barədə Missiya.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.




  • 27-07-2024, 11:44