AZ   |   RU
Keniyada məktəbdə baş verən yanğında 16 şagird həlak olub

 

Keniyanın paytaxtı Nayrobidən təxminən 150 kilometr şimalda yerləşən məktəbdə yanğın baş verib, nəticədə 16 şagird ölüb.

Missiya.Az xəbər verir ki, bunu Keniya polisinin sözçüsü Resila Onyanqo bildirib.

O, 14 şagirdin də ağır yaralandığını qeyd edib.

Hadisə ilə bağlı istintaq aparıldığı bildirilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-09-2024, 16:19