AZ   |   RU
Stoltenberq Çini Rusiyaya dəstəyi dayandırmağa çağırıb

 

NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukraynadakı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

Missiya.Az xəbər verir ki, Stoltenberq bu barədə Norveçin paytaxtı Osloda verdiyi açıqlamada danışıb.

"Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində mühüm amilə çevrilib",-deyə o qeyd edib.

O, Pekinin Ukraynada müharibəyə başlamasının onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

“Mən Çini Rusiyanın qeyri-qanuni müharibəsinə dəstəyi dayandırmağa çağırıram”, - Stoltenberq bildirib.



Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-09-2024, 16:47