AZ   |   RU
Paris-2024: Azərbaycan paracüdoçusu medal qazana bilməyib


Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazana bilməyib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Kristella Qarsiya ilə üz-üzə gəlib.


Rəqibinə məğlub olan İsmiyevə turniri mükafatsız başa vurub.


Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.



  • 7-09-2024, 20:10