AZ   |   RU
İran prezidenti tezliklə ilk mətbuat konfransını keçirəcək

 

Sentyabrın 16-da İran prezidenti Məsud Pezeşkianın ilk mətbuat konfransı baş tutacaq. 

Missiya.Az xəbər verir ki, bu barədə “İSNA” məlumat yayıb.

Məlumata görə, mətbuat konfransı yerli və xarici medianın iştirakı ilə keçiriləcək.

Qeyd olunub ki, avqustun 31-də Məsud Pezeşkian ilk televiziya müsahibəsində mətbuat konfransının keçiriləcəyini xatırladıb və bunun növbəti həftələr üçün nəzərdə tutulduğunu vurğulayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-09-2024, 15:45