AZ   |   RU
Aİ Ukraynaya 40 milyon avroluq yardım paketi ayırıb

 

Avropa İttifaqı (Aİ) Kiyevə 40 milyon avro (44,43 milyon dollar) məbləğində yeni humanitar yardım paketi ayırıb.

Missiya.Az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” hesabında yazıb .

"Rusiya Ukraynanın enerji infrastrukturuna amansızcasına hücum edir. Temperaturlar tezliklə aşağı düşəcək, ona görə də biz ehtiyacı olan ukraynalılara humanitar yardımımızı gücləndiririk. Təmir, elektrik, istilik və istilik təchizatı üçün 40 milyon avroluq yeni paketi ayırmışıq”,-deyə o qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-09-2024, 15:04