AZ   |   RU
Zelenski: “Bizə daha çox silah lazımdır”

 

“Rusiyaya qarşı daha çox silaha ehtiyacımız var”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodomir Zelenski ABŞ-nin müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən 24-cü Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında deyib.

Zelenski bildirib ki, Ukraynanın minimum miqdarda silaha malik olduğu məlumdur.

O, əsgərlərin kifayət qədər silaha sahib olmasının və Ukraynaya verilməsi planlaşdırılan yardımın sürətlə çatdırılmasının vacibliyinə işarə edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-09-2024, 15:41