AZ   |   RU
Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib


Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.


Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Missiya.Az-a verilən xəbərə görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.




  • 27-07-2024, 11:09