AZ   |   RU
Paşinyan Türkiyə ilə sərhədə gedib
 
Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsinə baş çəkib.


Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Paşinyan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın müşayiəti ilə sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub, ərazini gəzib, eyniadlı kəndin sakinləri ilə də söhbət edib.
Keçid məntəqəsi bir neçə ay əvvəl Ankara ilə sərhədin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılaşmalar çərçivəsində tamamilə modernləşdirilib və təmir edilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 26-07-2024, 16:53