AZ   |   RU
ÜST - Avropa üçün terrordan da böyük təhlükə var


Dünyada ictimai sağlamlıq üçün ən böyük təhlükə kimi öndə olan alkoqolun ölümcül təsiri Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) “təcili” koduyla hərəkətə keçməyə sövq edib.

Missiya.Az 
"Haber 7.com"a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri üçün həyəcan təbili çalındı.

Qeyd olunub ki, sağlamlıq risklərinə baxmayaraq, statistikada avropalılar ildə orta hesabla 9,2 litr spirtli içki istehlakı ilə öndədir. Avropada ildə təxminən 800 min insan alkoqoldan ölür.

ÜST bir çox ölkələri spirtli içkinin qarşısını aldıqlarına görə örnək göstərib. Qurumun hesabatında bildirilir ki, alkoqol istehlakının azaldılması məqsədi ilə Rusiya, Ukrayna və Türkiyə kimi ölkələr alkoqol vergilərini artırıb və onun əlçatanlığının azalmasına nail olublar.


Zərintac Mayisqızı
Missiya.Az



  • 26-07-2024, 15:57