AZ   |   RU
Şərqi Aralıq dənizində türk və yunan hərbi gəmiləri arasında insident - Havaya Aksunqur PUA-ları və F-16-lar qaldırıldı

Şərqi Aralıq dənizinin Çoban adası sahillərində türk və yunan döyüş gəmiləri qarşı-qarşıya gəlib.


Missiya.Az xəbər verir ki, bu barədə Yunanıstanın Kathimerini qəzeti məlumat yayıb.


Bildirilir ki, gəmilərin üz-üzə gəlməsindən sonra Türkiyə Aksunqur pilotsuz təyyarəsini havaya qaldırıb və 72 saat hadisə yerində fasiləsiz uçuşunu davam etdirib.


Məlumata görə, türk hərbi gəmiləri Şimali Kiprə qayıdarkən istiqamətini dəyişərək Çoban və Kerpe adalarının cənubuna doğru irəliləyib. Ardınca isə Yunanıstan Yunanıstan F-16 qırıcılarını havaya qaldırmaq əmrini verib.


Qeyd olunub ki, Aksunqur PUA-ları 2022-ci ilin sentyabrında Lesbos və Saqqız adalarındakı Yunan donanma bazalarının havadan görüntülərini çəkib və Afinada şok effekti yaradıb.



Daşqın Həsənov
Missiya.Az




  • 26-07-2024, 15:54