AZ   |   RU
Ən qəribə adət-ənənələr - Bunları bilirdiniz? - ARAŞDIRMA


Bundan öncə də yazılarımızın birində sizə dünyada mövcud olan qəribə adət-ənənələrin bir neçəsini təqdim etmişdik. Bu yazımızda da insanlar tərəfindən hələ də icra olunan növbəti qeyri-adi adətləri araşdırdıq. Sözügedən ənənələrin bəziləri marağa səbəb olur və təəccübləndirir. Bir çoxları isə gülüş yaradır.

Missiya.Az 
Yer üzünün ən qəribə adət-ənənələrinin bəzilərini təqdim edir:


Afrika/Vodaabe Qəbiləsi

Vodaabe Qəbiləsinin Gerevol adlı festivalında kişilər makiyaj olunur. Qadın münsiflər isə onları dəyərləndirir.

Tanzaniya/ Vəsai Qəbiləsi

Tanzaniya və Keniyada yaşayan Vəsai qəbiləsinin üzvləri bir-birilə tüpürərək salamlaşır.

Tayland

Tayland kral ailəsi tarixi çox qədim və yalnız kral ailəsi üçün keçərli olan xüsusi dildən istifadə edirlər. Kral ailəsindəki danışıq dilini ailə kənarındakı kimsə başa düşmür.

İtaliya/Ponti

Şərabçılığın geniş yayıldığı Ponti bölgəsində Pasxa bayramından qabaq 40 gün boyunca min yumurtadan hazırlanan yemək yeyilir.

Tibet

Tibetdə insanlar bir-birini salamlayarkən dillərini çölə çıxarır. Əfsanəyə görə, Lanq Darma adlı kralın dili qara rəngdəymiş. İnsanlar onun şeytana ibadət etdiyini , ölümündən sonra ruhunun keçəcəyi şəxsin də dilinin qara olacağını düşündükləri üçün hər qarşılaşanda bir- birlərinə dillərini göstərməyə başlayıblar. Bax beləcə dil çıxarma adəti yaranıb.

Zərintac Mayisqızı
Missiya.Az






  • 26-07-2024, 14:50