AZ   |   RU
Dəyişkən hava şəraiti nə vaxta kimi davam edəcək? - AÇIQLAMA


İsti yay fəslini yaşayırıq. Lakin son günlərdə ölkəmizdə dəyişkən hava şəraiti müşahidə olunur. Bəs görəsən qeyri-sabit hava nə vaxt kimi davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a açıqlamasında bildirib ki, iyulun 27 və 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var:

“Arabir güclənən şimal- qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, bəzi yerlərdə 23-28m/saniyəyə çatacaq. Havanın maksimal temperaturu 25-30 dərəcə isti olacaq. Bölgələrdə iyulun 27-si dağlıq və dağətəyi rayonlarda, iyulun 28-dən 29-u axşama kimi isə əksər rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 28-33, dağlıq ərazilərdə 15-20 dərəcə isti olacaq”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 26-07-2024, 14:14