AZ   |   RU
Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib - XİN başçısı

 

Uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, onun Azərbaycana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf edir: "Bu gün biz ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə etdik".

O qeyd edib ki, aprel ayında Azərbaycana səfər etmiş işçi qrupun fəaliyyəti ölkələr arasında əməkdaşlığı yalnız gücləndirəcək.




  • 26-07-2024, 13:39