AZ   |   RU
Məsud Pezeşkianın etimadnaməsi Nəzarət Şurası tərəfindən imzalandı


Bu gün İran parlamentinin plenar iclasında Konstitusiyanın İcrasına Nəzarət Şurasının üzvləri tərəfindən İranın yeni prezidenti Məsud Pezeşkianın etimadnaməsi imzalanıb.

Missiya.Az
 İSNA-ya istinadən xəbər verir ki, bu barədə Nəzarət Şurasının sözçüsü Hadi Tahannəzif deyib.

Bildirib ki, Pezeşkianın etmidnaməsi imzalandıqdan sonra İranın ali rəhbəri Əli_Xameneyinin ofisinə təqdim edilib.

Qeyd olunub ki, prezident seçkiləri haqqında qanunun 83-cü maddəsinin icrası məqsədilə etimadnamənin surəti İranın daxil işlər nazirinə göndərilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 24-07-2024, 16:28