AZ   |   RU
Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini Radaya təqdim edib


Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin noyabrın ortalarına qədər uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

Missiya.Az
 xəbər verir ki, bu barədə Ali Rada məlumat yayıb.

Haqqında danışdığımız qanun layihələri bunlardır:

11434 nömrəli “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında”;

11433 saylı “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında”.

"İndi Komitə və bu gün Rada onları iclasda təsdiq edəcək", - deputat Yaroslav Jeleznyak qeyd edib. O, həmçinin əlavə edib ki, hərbi vəziyyət və səfərbərlik 90 gün uzadılacaq -  2024-cü il avqustun 12-dən noyabrın ortalarına qədər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-07-2024, 12:21