AZ   |   RU
Fransa məhkəməsi kanak bayrağından istifadəni məhdudlaşdırıb


Son 2 ildə Yeni Kaledoniya sakinlərinin sürücülük vəsiqələrində Fransa bayrağı ilə yanaşı kanak xalqının da bayrağı əks olunurdu.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, Numea İnzibati Məhkəməsi sürücülük vəsiqələrində yalnız Fransa bayrağının əks olunmasına qərar verib. Məhkəmə qərarında göstərilir ki, kanak bayrağı rəsmi simvol olmadığı üçün Fransa bayrağı ilə yanaşı rəsmi sənədlərdə işlədilə bilməz. Eyni hal dövlət binalarına da şamil edilir.

Kanak bayraqlı sürücülük vəsiqələrinin verilməsi dayandırılıb. Daha verilmiş vəsiqələrin isə dəyişdirilməsi üçün sürücülərə 6 ay vaxt verilib. Bu müddətdə sənədini yeniləməyənlər cərimə olunacaq.


Zərintac Mayisqızı
Missiya.Az




  • 23-07-2024, 11:26