AZ   |   RU
Ukrayna xarici işlər naziri Çinə gedəcək


Ukrayna xarici işlər naziri Dmitri Kuleba Çinə səfər edəcək.

Missiya.Az 
xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü məlumat yayıb.

Onun sözlərinə görə, iyulun 23-25-də xarici işlər naziri Dmitri Kuleba Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Çinə gedəcək.

"Görüşlər və danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Əsas müzakirə mövzusu Rusiya təcavüzünə son qoymağın yollarının axtarışı, davamlı və ədalətli sülhün əldə olunmasında Çinin mümkün rolu olacaq", - Ukrayna XİN sözçüsü vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az





  • 22-07-2024, 11:28