AZ   |   RU
"Sevilya"nın futbolçusu Tomas Delaney klubdan ayrıldı


İspaniyanın "Sevilya" klubunun futbolçusu Tomas Delaney komandadan ayrılıb.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə yekunlaşan müqavilə müddəti yenilənməyib.

32 yaşlı T.Delaney 2021-ci ildən "Sevilya"nın uğurları üçün çalışıb. O, həmin müddət ərzində "Hoffenhaym" (Almaniya) və "Anderlext" (Belçika) klublarında icarə əsasında çıxış edib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 19-07-2024, 16:27