AZ   |   RU
FIDE danimarkalı hakim Arild Rimestadı yarışlardan uzaqlaşdırıb


FIDE-nin Etika və İntizam Komissiyası (EDC) danimarkalı hakim Arild Rimestadı şahmat yarışlarından iki il müddətinə uzaqlaşdırıb.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, o, Beynəlxalq Şahmat Federasiyasının əməkdaşına qarşı cinsi qısnamada ittiham olunur.


EDC A.Rimestadın iki il müddətinə FIDE-nin hər hansı tədbirində hakim kimi fəaliyyət göstərməsinə qadağa qoyub. Təkrar qayda pozuntusuna yol verilməməsi şərtilə cəzanın bir ilə endirilməsi ehtimalı var.


58 yaşlı danimarkalı hakim A kateqoriyasına malikdir. O, FIDE-nin bayrağı altında keçirilən yarışlarda, rapid və blits üzrə dünya çempionatlarında, həmçinin Şahmat Olimpiadası kimi böyük turnirlərdə fəaliyyət göstərib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 19-07-2024, 15:26