AZ   |   RU
"Barselona" 16 yaşlı futbolçunu rekord pula satmaqdan imtina edib


Kataloniya "Barselona"sının rəhbərliyi rekord təklifə baxmayaraq, 16 yaşlı hücumçu Lamin Yamalı Fransa PSJ-sinə satmaqdan imtina edib.

Missiya.Az
 xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İddia edilir ki, klub Yamalı komandanın vacib hissəsi hesab edir və onu satmaq fikrində deyil. PSJ 250 milyon avro təklif etdi ki, bu da futbol tarixinin ən bahalı transferi ola bilər. Ancaq Yamalın Barselona ilə müqaviləsində bir milyard avro təzminat nəzərdə tutulur.

Qeyd edək ki, iyulun 9-da Yamal Avropa Çempionatları tarixində ən gənc qol vuran futbolçu olub. O, 2024-cü il Avropa Çempionatının yarımfinalında Fransa ilə matçın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından driblinq zərbəsi ilə fərqlənib. İyulun 13-də Yamalın 17 yaşı tamam olacaq. "Barselona"nın məzunudur və 2023-cü ildən bu komandada çıxış edir. Onun aktivində 38 oyun və 5 qol var.


Zərintac Mayisqızı
Missiya.Az




  • 11-07-2024, 12:46