AZ   |   RU
Soyuq duş bu hallarda təhlükə yarada bilər - Araşdırma



Bir çoxlarımız soyuq duş almaqdan qaçsaq da mütəxəssislər bunun çox faydalı olduğunu söyləyirlər. Doğrudur, birdən-birə soyuq duş almaq çətin olur. Amma zamanla öyrəşmək mümkündür.

Həkimlər onu da deyir ki, soyuq su, xüsusilə də səhərlər qəbul olunan soyuq duş insanı gümrah edir. Bu həm də qan dövranını yaxşılaşdırır. Soyuq duş stresi aradan qaldırır, əhval-ruhiyyəni yüksəldir. Araşdırmalara görə, çox isti, yaxud isti su ilə saçların yuyulması onların PH dəyərini pozur və quru dərinin daha da qurumasına səbəb olur. Belə su dərinin, həmçinin saçların daha çox yağlanmasına və kəpək yaranmasına yol açır. Soyuq su ilə yuyulan saçlar isə daha parlaq olur, gec kirlənir. Bu həm də bədəndə olan iltihabi prosesin qarşısını alır. Hər gün qəbul edilən soyuq duşla bədəndə yığılan piyləri asanlıqla əritmək olar. Orqanizmdə yığılan toksinlərin kənarlaşmasına da yardım edir.

Lakin bəzi hallarda soyuq su təhlükə yarada bilir. Belə ki, yayda isti havada bəzən tək çarəni soyuq duş qəbul etməkdə, üzümüzə və alnımıza soyuq su vurmaqda görürük. Heç ağlımıza da gəlmir ki, sağlamlığımız üçün ziyandır. Mütəxəssislər xəbərdarlıq edib ki, isti havada soyuq duş ciddi problemlərə yol açır. Sərinləmək üçün sözügedən üsula əl atsaq da, bu damarları daralda bilər. Su istilik enerjisini havadan 30 qat daha çox ötürür. Həmin səbəbdən soyuq suyun bədənə daha sürətli və daha çox təsiri var. Birdən soyuq bir duşa isti bir mühitdən girmək, huşunu itirmə və hətta ölüm də daxil olmaqla mənfi nəticələrə gətirib çıxarar. Havaların temperaturu artdıqca adi hala çevrilən soyuq duş qəbul etmək və sərinləmək üçün başına buzlu su tökməyin üz iflicinə və infarkt keçirməsinə səbəb olduğunu həkimlər dəfələrlə vurğulayır. Həddindən artıq istilərlə mübarizə aparmaq üçün inkişaf etdirilən yanlış üsullardan biri buzla dolu vedrəni başına tökməkdir. Bu üsul da elə üz iflicinə səbəb ola bilər. 


Ona görə də çox diqqətli olmalıyıq. İstiyə dözə bilməyərək etdiyimiz yanlış metodlar həyatımızı məhv edə bilər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 9-07-2024, 15:58