AZ   |   RU
Ceyhun Musaoğlu : "Münasibətlərimizi su kimi şəffaf quracağımıza əminəm"


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin yeni mətbuat katibi, ictimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musaoğlu “facebook” səhifəsində təyinatı ilə bağlı jurnalistlərə xitabən diqqətçəkən paylaşım edib. 


Missiya.Az həmin paylaşımı olduğu kimi təqdim edir:


 "Əziz dostlarım, dəyərli həmkarlarım, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin ictimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinə müdir - doğma jurnalistika dilimizdə: Mətbuat katibi təyin olunmağıma göstərdiyiniz möhtəşəm diqqət əbədi unudulmazdır. Göstərdikləri ehtimada görə Agentliyin rəhbərliyinə təşəkkürümü bildiririrəm. Peşəm jurnalistdir, vəzifəm ictimaiyyəti obyektiv səviyyədə məlumatlandırmaq. Münasibətlərimizi su kimi şəfaf quracağımıza əminəm. Həmişə birlikdəyik sevimli jurnalistikam.





  • 5-07-2024, 16:55