AZ   |   RU
"Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr var"
 
Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr var, Rusiya prezidenti Vladimir Putin isə sülhdən danışır".


Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.


Onun sözlərinə görə, Türkiyə Ukrayna münaqişəsinin qlobal miqyasda genişlənməsinin qarşısını alaraq, onun tezliklə həllinə ümid edir.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmasını gözləyir, lakin bu, vaxt apara bilər. O, Rusiya və Çinlə ŞƏT çərçivəsində əlaqələri inkişaf etdirməkdə davam etmək istəyir.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-07-2024, 15:42