AZ   |   RU
Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb



Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın iyulun 6-da Azərbaycana səfəri başa çatıb.

Missiya.Az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.




  • 6-07-2024, 15:57