AZ   |   RU
Putin Macarıstanın baş naziri Orban ilə görüşüb
 
Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Putin Orbanı Moskvanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına dair təkliflərinin detalları ilə tanış edəcəyini bildirib.


Daha əvvəl Orban bildirib ki, onun Moskvaya səfəri Ukraynadakı sülh missiyasının növbəti mərhələsidir. Bundan əvvəl o, Kiyevdə səfərdə olub.


Rusiya Federasiyasının prezidenti XİN-dəki çıxışında da sülh təşəbbüsləri ilə çıxış etdiyini xatırladıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 5-07-2024, 15:23