AZ   |   RU
Göygöl rayonunda III Milli Yaylaq Festivalı start götürüb


Bu gün Göygöl rayonunda III Milli Yaylaq Festivalı start götürüb. 


Missiya.Az-ın yerli bürosunun məlumatına görə, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaşayış yurdları - alaçıqlarla yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, tamaşaçılar üçün səhnə - “Dədə Qorqud ocağı”, yarışların keşirilməsi üçün “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr gələn qonaqların və tamaşaçıların ixtiyarına verilib. Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda 20 yaxın dövlətdən 150-ə yaxın nümayəndə iştirak edir. Yarmarkada 50-yə yaxın mikro və kiçik sahibkarın 1500-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edir. Festivalın təşkilatçılarından olan “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse prezidenti Müzadil Həsənovun sözlərinə görə festival əvvəlki illərdə olduğu kimi şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm: “III Milli Yaylaq Festivalı 5-7 tarixlərində 3 gün müddətində davam edəcək. Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib. 


Məqsəd Rəhimov
Raul İbrahimxəlil 
Missiya TV Göygöl Xan Yaylağı



  • 5-07-2024, 16:07